Hava limanı rəsmisinin sözlərinə görə, təhlükəsizlik məhdudiyyətləri səbəbindən Sankt-Peterburq şəhərində yerləşən Pulkovo hava limanına təxminən on təyyarə eniş edə bilməyib.
“Hazırda təxminən on uçuş gözləmə zonasındadır”, – deyə mənbə bildirib.
Məlumata görə, bu uçuşlar Çelyabinsk, Novosibirsk, Omsk, Ufa, Barnaul, Urgenç və Yekaterinburq şəhərlərindən həyata keçirilir.
Daha əvvəl Federal Hava Nəqliyyatı Agentliyi uçuşların təhlükəsizliyini təmin etmək məqsədilə Pulkovo hava limanının fəaliyyətinə müvəqqəti məhdudiyyətlər tətbiq edildiyini açıqlamışdı.
Həmçinin, Leninqrad vilayətində hava məkanından istifadəyə tətbiq olunan məhdudiyyətlərin Rusiyanın Baltikyanı anklavı olan Kalininqrada və oradan həyata keçirilən uçuşlara da təsir göstərdiyi bildirilib.
İzmedia.az
![]()

