ABŞ–İran razılaşması ilə bağlı nikbinlik neft qiymətlərini aşağı salıb

1 Min Read

Vaşinqton və Tehran arasında Yaxın Şərqdəki münaqişənin həlli ilə bağlı mümkün razılaşma ətrafında yaranan nikbinlik fonunda neft qiymətlərində əhəmiyyətli eniş qeydə alınıb.

Brent markalı neftin iyul ayı üzrə fyuçersləri cümə günü 0,96 dollar və ya 0,94 faiz artaraq 103,54 dollara yüksəldikdən sonra, ICE Futures platformasında 5,94 dollar və ya 5,74 faiz ucuzlaşaraq 97,60 dollara düşüb.

Eyni zamanda, New York Mercantile Exchangenda (NYMEX) elektron ticarət zamanı iyul ayı üzrə WTI neft fyuçerslərinin qiyməti 5,97 dollar və ya 6,18 faiz azalaraq bir barel üçün 90,63 dollara enib.

Əvvəlki ticarət sessiyasının nəticələrinə görə isə WTI neftinin dəyəri 0,25 dollar və ya 0,26 faiz artaraq bir barel üçün 96,6 dollar olmuşdu.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş