Kreml Avropanın Rusiyaya qarşı ümumi mövqeyində hər hansı ciddi dəyişiklikdən danışmağın hələ tez olduğunu bildirib.
İzmedia.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib.
Peskov bu fikirləri Rumen Radevin koalisiyasının Bolqarıstandakı qələbəsi və digər son hadisələrin Rusiya–Avropa münasibətlərində mümkün “yumşalma” siqnalı olub-olmaması ilə bağlı suala cavab olaraq səsləndirib.
Kreml sözçüsü qeyd edib ki, Avropada baş verən proseslərlə bağlı geniş nəticələr çıxarmaq üçün hələ kifayət qədər əsas yoxdur: “Düşünürəm ki, Avropada iqlimin dəyişməsi ilə bağlı hər hansı ümumi nəticələr çıxarmaq üçün tezdir. Biz Avropa İttifaqınin mərkəzi olan Brüsseldən fərqli xarakterli açıqlamalar eşidirik”.
Bununla yanaşı, o vurğulayıb ki, Moskva Radev və bəzi digər Avropa liderlərinin Rusiya ilə praqmatik dialoqa ehtiyac barədə səsləndirdikləri fikirləri müsbət qiymətləndirir.
İzmedia.az
![]()

