İran ordusunun baş komandanı, general-leytenant Əmir Hatəmi çərşənbə günü bildirib ki, ölkəsi sona qədər mübarizə aparacaq.
Tasnim xəbər agentliyinin yaydığı məlumata görə, Hatəmi deyib: “Bu gün ölkəmiz və əziz xalqımız ən cinayətkar düşmənlərin hücumuna məruz qalır. Onlar son damla qanlarına qədər çiyin-çiyinə vuruşacaq və yekun qələbəni qazanacaqlar”.
Məlumata görə, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Tehran isə Hörmüz boğazını ABŞ, İsrail və İrana qarşı təcavüzü dəstəkləyən ölkələrlə əlaqəli gəmilər üçün bağlamaq qərarı verib. İranın Təcili Tibbi Yardım Xidmətinin məlumatına əsasən, müharibənin 40 günü ərzində ABŞ-İsrail hücumları nəticəsində ümumilikdə 3375 nəfər həlak olub.
Aprelin 7-də Vaşinqton İranla “ikitərəfli” iki həftəlik atəşkəs elan edib. Aprelin 11-də isə tərəflər Pakistanın paytaxtı İslamabadda bir neçə danışıqlar raundu keçiriblər. Həm Tehran, həm də Vaşinqton bildiriblər ki, ciddi fikir ayrılıqları səbəbindən münaqişənin uzunmüddətli həlli ilə bağlı razılıq əldə olunmayıb.
Aprelin 21-də ABŞ prezidenti Donald Tramp Vaşinqtonun bir neçə saat ərzində başa çatması planlaşdırılan atəşkəsi uzatmaq niyyətində olduğunu açıqlayıb. İran Dövlət Televiziyası isə Tehranın ABŞ tərəfindən elan edilən atəşkəsin birtərəfli uzadılmasını tanımayacağını və öz maraqlarına uyğun hərəkət edəcəyini bəyan edib.
İzmedia.az
![]()

