Associated Press-in məlumatına görə, analitika şirkəti Vortexa ABŞ-ın dəniz blokadası tətbiq edildikdən sonra Fars körfəzində İranla əlaqəli tankerlərin 34 hərəkətini qeydə alıb.
Məlumata əsasən, 13 apreldən bəri bu tip gəmilərlə bağlı 19 gediş və 15 gəliş səfəri qeydə alınıb. Şirkətin hesablamalarına görə, həmin tankerların altısı İran nefti daşıyıb və ümumi həcmi təxminən 10,7 milyon barel təşkil edib.
Bununla belə, daşınan neft həcmlərinin tam olaraq xarici bazarlara çatıb-çatmadığı hələlik dəqiqləşdirilməyib.
İzmedia.az
![]()

