Abbas Əraqçi İranın xarici işlər naziri Cənubi Koreyanın xüsusi elçisi Canq Byonq-hae ilə görüşdə bildirib ki, ABŞ və İsrailin “təcavüzü” Fars körfəzi və Hörmüz boğazı bölgəsində qeyri-sabitliyin əsas səbəbidir.
Əraqçi qeyd edib ki, İran öz təhlükəsizliyini qorumaq üçün beynəlxalq hüquq çərçivəsində hərəkət edir və münaqişənin nəticələrinə görə məsuliyyətin “təcavüzkar tərəflərin” üzərinə düşdüyünü vurğulayıb.
O, həmçinin digər ölkələri açıq mövqe sərgiləməyə və ABŞ və İsrailin addımlarını pisləməyə çağırıb.
İzmedia.az
![]()

