İranın İsrailin şimalındakı bir binaya endirdiyi raket zərbəsi nəticəsində təxminən 60 nəfər yaralanıb.
İzmedia.az xəbər verir ki ,bu barədə “The Jerusalem Post” məlumat yayıb.
Məlumata görə, 58 yaralıdan birinin vəziyyəti ağırdır, digər 57 nəfər isə partlayış nəticəsində sınmış şüşə qırıntılarından kəsilmiş yaralar alıb. Onlar müalicə üçün yaxınlıqdakı xəstəxanalara yerləşdiriliblər.
İsrail Polisi də hücum nəticəsində binaya ziyan dəydiyini açıqlayıb. Hazırda ərazidə partlayıcı maddələr üzrə mütəxəssislər işləyir.
İzmedia.az
![]()

