Azərbaycan BMT-nin barışıq sazişləri haqqında konvensiyasına qoşuldu

Nərmin
1 Min Read

Azərbaycan BMT-nin “Mediasiya nəticəsində əldə olunan beynəlxalq barışıq sazişləri haqqında Konvensiya”sına qoşulub.

izmedia.az “Oxu.Az”a istinadən bu barədə Azərbaycanın BMT-dəki Daimi Nümayəndəliyinin “X” sosial şəbəkə hesabına istinadən xəbər verir.

Bildirilir ki, Azərbaycanın BMT yanında daimi nümayəndəsi Tofiq Musayev BMT-nin Hüquq Məsələləri İdarəsini ziyarət edib.

“Azərbaycanın BMT yanında daimi nümayəndəsi Tofiq Musayev 20 dekabr 2018-ci ildə Nyu-Yorkda qəbul edilmiş “Mediasiya nəticəsində əldə edilmiş beynəlxalq barışıq sazişləri haqqında Birləşmiş Millətlər Təşkilatının (BMT) Konvensiyası”nı Azərbaycan Respublikası adından imzalamaq üçün BMT-nin Hüquq Məsələləri İdarəsini ziyarət edib”, – deyə məlumatda vurğulanıb.

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş