Marko Rubio mayın 26-da Ermənistana səfər edəcək

0 Min Read
ABŞ dövlət katibi Marko Rubio mayın 26-da Ermənistana səfər edəcək. Bu barədə Ermənistan Xarici İşlər Nazirliyi NEWS.am-a məlumat verib.

Səfər çərçivəsində Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ilə Marko Rubio arasında görüş keçiriləcək. Görüşdən sonra nazirlərin mətbuata açıqlama verməsi nəzərdə tutulur.

Tərəflər arasında ikitərəfli sənədlərin imzalanması da planlaşdırılır.

Bundan əlavə, xarici işlər naziri Ararat Mirzoyanın media nümayəndələri ilə mətbuat konfransı keçirəcəyi bildirilir.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş