Dmitri Peskov İzvestiyaya bildirib ki, Rusiya bir sıra xarici liderlərin 9 May Qələbə Günü paradında iştirakını gözləyir.
“Qələbə Günü Rusiyada ən vacib bayramlardan biridir. Müxtəlif ölkələrdən qonaqlar Qırmızı Meydanda keçirilən Qələbə Günü paradında iştirak edirlər. Bu il də Rusiya bir sıra xarici liderlərin 9 mayda Moskvaya səfər etməsini gözləyir”, – deyə o bildirib.
Peskov qeyd edib ki, bir sıra liderlər Qələbə Gününü qeyd etməkdə rusiyalılara qoşulmaq istəklərini ifadə ediblər.
“Onları burada qarşılamaqdan məmnun olarıq”, – deyə o əlavə edib.
Rusiya prezidentinin mətbuat katibi daha əvvəl bildirmişdi ki, Kreml hansı xarici liderlərin 9 may münasibətilə Moskvada keçiriləcək tədbirlərə qatılacağını vaxtında açıqlayacaq.
Yuri Uşakov da öz növbəsində bir sıra dövlət xadimlərinin 9 mayda Moskvaya səfər etmək istədiyini bildirib.
İzmedia.az
![]()

