Donald Tramp Vaşinqtonda keçirilən yüksək səviyyəli şam yeməyi zamanı baş verən hücumla bağlı səsləndirilən bəzi iddiaları qəti şəkildə təkzib edib.
O, CBS News-ə verdiyi müsahibədə bildirib: “Mən pedofil deyiləm. Mən təcavüzkar deyiləm. Mən heç kimə təcavüz etməmişəm”.
Tramp aparıcıya müraciət edərək əlavə edib: “Bunu oxuduğunuz üçün özünüzdən utanmalısınız, çünki mən o şeylərdən deyiləm”.
Aprelin 25-də Ağ Ev Müxbirləri Assosiasiyasının şam yeməyi zamanı atışma baş verib. Hadisə nəticəsində ABŞ Məxfi Xidməti agentlərindən biri yaralanıb.
Atıcı saxlanılıb və onun 31 yaşlı Koul Tomas Allen olduğu müəyyən edilib.
İzmedia.az
![]()

