ABŞ Trampa sui-qəsddə ittiham olunan şəxsin siyasi əlaqələrini araşdırır

1 Min Read

ABŞ hakimiyyəti Donald Trampa sui-qəsd cəhdində ittiham olunan Kol Tomas Allen ilə solçu siyasi qruplar arasında mümkün əlaqələri araşdırır.

Bu barədə ABŞ baş prokuroru vəzifəsini icra edən Todd Blanş mətbuat konfransında məlumat verib.

Blanşdan şübhəlinin The Wide Awakes təşkilatı ilə əlaqəli ola biləcəyi barədə iddiaların araşdırılıb-araşdırılmadığı soruşulduqda, o, “Əlbəttə ki, biz bunu araşdırırıq” cavabını verib.

Atışma hadisəsi aprelin 25-də Vaşinqtonda, Washington Hilton otelində keçirilən Ağ Ev Müxbirlər Assosiasiyasının illik qəbulu zamanı baş verib. Tədbirdə ABŞ administrasiyasının yüksək rəhbərliyi iştirak edib.

Hadisə nəticəsində bir mühafizəçi yaralanıb. 31 yaşlı Allen saxlanılıb. Bildirilir ki, o, daha əvvəl həmin oteldə otaq kirayələyib və binaya odlu silah da daxil olmaqla silah keçirə bilib.

Allen rəsmi olaraq ABŞ prezidentinə sui-qəsd cəhdində, ştat sərhədləri boyunca qanunsuz odlu silah daşımaqda və zorakılıq cinayəti zamanı silahdan istifadə etməkdə ittiham olunur.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş