ABŞ: İran aviaşirkətləri ilə əməkdaşlıq edənlər sanksiya riski ilə üzləşə bilər

1 Min Read

Skott Besant bildirib ki, İran aviaşirkətlərinə xidmət göstərən xarici qurumlar ABŞ sanksiyalarına məruz qala bilər.

O, X platformasında yazıb ki, xarici hökumətlər öz yurisdiksiyalarında fəaliyyət göstərən şirkətlərin İran təyyarələrinə yanacaq, qida, eniş xidməti və texniki dəstək göstərməməsi üçün zəruri tədbirlər görməlidirlər.

Besant əlavə edib ki, ABŞ Maliyyə Nazirliyi İranla iş görən və ya onunla əlaqəsi olan hər hansı üçüncü tərəfə qarşı tədbir görməkdən çəkinməyəcək.

Ötən cümə günü ABŞ Maliyyə Nazirliyi sanksiya siyahısını genişləndirərək Çin, Birləşmiş Ərəb Əmirlikləri, Liberiya, Panama, Vyetnam, eləcə də Virgin adaları, Kayman adaları və Marşal adalarının yurisdiksiyasına aid 20 şirkəti hədəfə alıb.

Sanksiya siyahısına həmçinin Hengli Petrochemical kimi iri neft-kimya şirkəti və İranla əlaqəli 19 neft tankeri daxil edilib.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş