50 yaşlı aktrisa Şarliz Teron Netflix-də yayımlanan yeni filmi “Apex”i tanıtmaq üçün “The Drew Barrymore Show” verilişinə qatılıb və şəxsi həyatı ilə bağlı fikirlərini bölüşüb.
Aktrisa partnyorla birgə yaşamaq barədə danışaraq bununla bağlı yenidən qərar verməkdə tərəddüd etdiyini bildirib.
“İnsanlar zarafat etdiyimi düşünə bilər, amma həqiqətən deyirəm – bir daha kiminləsə yaşaya biləcəyimi düşünmürəm. Bunu edə biləcəyimə əmin deyiləm”, – deyə o qeyd edib.
Bununla belə, Teron yaxınlıqda yaşayan bir partnyor fikrinə tamamilə qarşı olmadığını da vurğulayıb: “Onun yaxın olmasını istərdim. Məsələn, eyni küçədə ev almaq olar”.
İzmedia.az
![]()

