“The New York Times” qəzetinin məlumatına görə, maliyyəçi Ceffri Epşteynin Nyu-York həbsxanasındakı kamera yoldaşı Nikolas Tartalya iş adamının “intihar qeydi”nin məzmunu barədə açıqlama verib.
O bildirib ki, həmin qeydi 2019-cu ilin iyulunda Epşteyn huşsuz vəziyyətdə tapıldıqdan sonra aşkarlayıb. Daha sonra Epşteyn həbsxananın başqa bölməsinə köçürülüb və intihar riski səbəbindən nəzarət altında saxlanılıb.
Tartalyanın sözlərinə görə, qeyd qrafik romanın içində gizlədilib: “Kitabı açdım və orada idi”. O, əlavə edib ki, bu, dəftərdən qoparılmış sarı rəngli kağız parçası olub.
Onun iddiasına görə, qeyddə Epşteyn müstəntiqlərin aylarla davam edən araşdırmalardan sonra “heç nə tapmadığını” yazıb. Tartalya həmçinin bildirib: “Nə etməyimi istəyirsən, hıç? Vidalaşmağın vaxtıdır”.
Ceffri Epşteynin yetkinlik yaşına çatmayanların cinsi istismarı ilə bağlı cinayət şəbəkəsi yaratdığı iddia olunur. O, keçmiş prezidentlər, siyasətçilər, kral ailəsi üzvləri və milyarderlərlə əlaqələri ilə tanınıb.
Məlumata görə, 2026-cı ilin yanvarında ABŞ Ədliyyə Nazirliyi bu iş üzrə yeni məxfilikdən çıxarılmış sənədləri dərc edib.
İzmedia.az
![]()

