İranın xarici işlər naziri Abbas Əraqçi: Netanyahunun “qumarı” ABŞ-a 100 milyard dollara başa gəlib

Nərmin
1 Min Read

izmedia.az xəbər verir ki, İranın xarici işlər naziri Abbas Əraqçi Pentaqonun İranla müharibənin dəyəri ilə bağlı açıqlamalarını tənqid edib. O bildirib ki, rəsmi rəqəmlər reallığı əks etdirmir və xərclər əslində daha yüksəkdir.

Nazirin sözlərinə görə, Benjamin Netanyahunun “qumarı” kimi qiymətləndirdiyi bu müharibə ABŞ-a indiyədək iddia ediləndən xeyli baha başa gəlib: “Pentaqon yalan danışır. Netanyahunun qumarı Amerikaya deyiləndən dörd dəfə çox — təxminən 100 milyard dollara başa gəlib”.

Əraqçi bu fikirləri sosial media hesabında paylaşaraq, Pentaqonun açıqladığı 25 milyard dollarlıq xərcin reallıqdan uzaq olduğunu vurğulayıb. O həmçinin müharibənin dolayı iqtisadi təsirlərinə də diqqət çəkib.

Nazir əlavə edib ki, bu xərclər Amerika vergi ödəyicilərinə ciddi yük yaradır: “Hər bir Amerika ailəsi üçün aylıq xərc artıq 500 dollara çatır və bu rəqəm sürətlə artır. ‘İsrail birinci’ demək, əslində ‘Amerika ikinci’ deməkdir”.

Bununla yanaşı, Əraqçi paylaşımına ABŞ iqtisadiyyatındakı mənfi tendensiyaları əks etdirən qrafiklər də əlavə edib. Həmin qrafiklərdə dövlət borcunun ümumi daxili məhsula nisbətinin artdığı və maliyyə vəziyyətinin pisləşdiyini düşünən amerikalıların payının 55 faizə çatdığı göstərilir.

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş