İİKK rəsmisi: “İran HHM sistemləri ABŞ və İsrailə məxsus 200-dən çox hədəfi vurub”

1 Min Read
İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) rəis müavini Mustafa İzadi ABŞ və İsraillə hərbi toqquşmalar zamanı İranın hava hücumundan müdafiə (HHM) sistemlərinin effektiv fəaliyyət göstərdiyini bəyan edib.
“Press TV”nin məlumatına görə, İİKK rəsmisi İran HHM qüvvələrinin pilotsuz uçuş aparatları (PUA) da daxil olmaqla, düşmənə məxsus 200-dən çox hava hədəfini məhv etdiyini bildirib. O vurğulayıb ki, qarşı tərəf müharibəyə “rejim dəyişikliyi” və ölkənin parçalanması planı ilə başlasa da, bütün cəbhələrdə uğursuzluğa düçar olub və İranın nüvə obyektlərinə müdaxilə edə bilməyib.
İzadi həmçinin əlavə edib ki, mövcud statistikaya əsasən, amerikalı gənclərin 80 faizi İranla müharibənin aparılmasına qarşı çıxır.
İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş