Sudanda iki sərnişin avtobusu toqquşub: 14 nəfər ölüb, 16 nəfər yaralanıb

Nərmin
1 Min Read

izmedia.az xəbər verir ki, Sudanın mərkəzində yerləşən Əl-Cəzirə əyalətində baş verən ağır yol-nəqliyyat hadisəsi nəticəsində çox sayda insan həyatını itirib və yaralanıb.

Sudan polisinin məlumatına görə, qəza Əbu Uşer və Vad Əl-Məcdi şəhərlərini birləşdirən yolda, Əl-Hilaliya ərazisi yaxınlığında qeydə alınıb. İki şəhərlərarası sərnişin avtobusunun toqquşması nəticəsində ilkin məlumata əsasən, 14 nəfər ölüb, 16 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Polis açıqlamasında bildirilib ki, ilkin araşdırmalar qəzanın texniki nasazlıq səbəbindən baş verə biləcəyini göstərir. Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş