İranda 14 əsgər həlak olub.

Nərmin
1 Min Read

İranın yarı-rəsmi Fars Xəbər Agentliyinin məlumatına görə, İnqilab Keşikçiləri Korpusunun 14 üzvü həlak olub.

izmedia.az xəbər verir ki, məlumata əsasən, ABŞ və İsrailin hücumları nəticəsində qalan partlamamış sursat Zəncan əyalətində aparılan axtarış və zərərsizləşdirmə əməliyyatları zamanı partlayıb.

Partlayış nəticəsində İnqilab Keşikçiləri Korpusunun 14 hərbçisi həyatını itirib, daha iki hərbçi yaralanıb.

Qeyd olunub ki, ərazidə davam edən axtarış və təmizləmə işləri zamanı 15 mindən çox partlamamış sursat aşkar edilərək zərərsizləşdirilib.

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş