Elon Muskın sərvəti 1 trilyon dollardan aşağı enərək 957 milyard dollara düşüb. Bu barədə Bloombergin milyarderlər reytinqi olan Bloomberg Billionaires Index məlumat yayıb.
Məlumata görə, son dəyişikliklər fonunda Maskın sərvəti 118 milyard dollar azalıb.
Qeyd edək ki, iyunun 12-də SpaceX səhmlərinin ictimaiyyətə açıq təqdim edilməsindən sonra Elon Musk sərvəti 1 trilyon dolları keçən ilk şəxs olmuşdu. O, təxminən iki həftə bu statusu qoruyub saxlayıb.
İyunun 22-də yayılan məlumata görə, SpaceX səhmləri süni intellekt layihələrinin maliyyələşdirilməsi üçün investisiya səviyyəli istiqrazların ilkin təklifindən sonra ardıcıl üç gündür ucuzlaşır.
Bundan əlavə, ticarət göstəricilərinə əsasən, iyunun 16-dan etibarən Tesla səhmləri 4,14 faiz, SpaceX səhmləri isə 17,13 faiz dəyər itirib.
İzmedia.az
![]()

