Hakim Trampa atəş açan şəxsin tərəfində oldu: “Bu dəhşətli şəraitə görə üzr istəyirəm”

Nərmin
2 Min Read

İzmedia.az xəbər verir ki, ABŞ federal hakimi Trampa qarşı sui-qəsddə şübhəli bilinən şəxsə həbsxanadakı ağır saxlanma şəraitinə görə rəsmi şəkildə üzr istəyib.

Məlumata görə, saxlanılan şəxs pəncərəsiz kamerada, gəzinti imkanı olmadan və hətta Bibliya verilmədən saxlanılıb. Baş verən qalmaqal fonunda məhkəmə həbs olunan şəxsin konstitusion hüquqlarının qorunması ilə bağlı təcili hesabat tələb edib.

ABŞ-ın Kolumbiya dairəsi üzrə federal məhkəməsində keçirilən növbəti iclas zamanı gözlənilməz hadisə baş verib. Hakim Ziya Faruqi 31 yaşlı təqsirləndirilən Koul Allendən ictimai şəkildə üzr istəyib.

Buna səbəb onun istintaq təcridxanasında saxlanma şəraiti olub. Bildirilir ki, o, tam izolyasiya olunmuş, pəncərəsiz və gecə-gündüz işıqlandırılan kamerada saxlanılıb. Müdafiə tərəfinin sözlərinə görə, həbsxana rəhbərliyi Allena Bibliya verməkdən imtina edib, vəkillərlə görüşləri məhdudlaşdırıb və onu gündəlik açıq havaya çıxmaq imkanından məhrum edib. Şübhəli artıq bir neçə həftədir bu şəraitdə saxlanılır.

Cəzaçəkmə qurumunun nümayəndələri isə bu tədbirlərin qanuni olduğunu bildiriblər. Onların sözlərinə görə, sərt nəzarət intiharın qarşısını almaq məqsədilə tətbiq olunub. İddia edilir ki, Allen saxlanıldıqdan sonra FBI agentlərinə Vaşinqtona hücum etmək üçün gələndə sağ qalmağı planlaşdırmadığını deyib.

Lakin bu izah hakimi qane etməyib. İclasın sonunda Faruqi Allanın hüquqlarının pozulması ilə bağlı “dərin narahatlığını” ifadə edib və nəzarət orqanlarından səhərə qədər onun harada və hansı şəraitdə saxlanılacağı barədə ətraflı hesabat təqdim etməyi tələb edib.

Qeyd edək ki, hadisə aprelin 25-də Ağ Ev müxbirləri assosiasiyasının şam yeməyi zamanı baş verən insident fonunda gündəmə gəlib. Həmin tədbir zamanı 31 yaşlı Kaliforniya sakini atəş açıb. O, sonradan yüksək vəzifəli şəxsə qarşı sui-qəsd cəhdində ittiham olunub.

Allenın müdafiə tərəfi yaxın məhkəmə iclasının təxirə salınması üçün müraciət edib. Səbəb kimi isə onun “psixoloji travma yaradan saxlanma şəraiti” səbəbindən prosesdə iştirak edə bilməməsi göstərilib.

Bu hadisə ABŞ-da hətta ağır cinayətlərdə şübhəli bilinən şəxslərə qarşı həbsxana şəraitinin humanistliyi məsələsini yenidən gündəmə gətirib.

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş