İran: ABŞ-ın mülki sürətli qayıqlara və yük gəmilərinə hücumları nəticəsində 5 mülki şəxs həlak olub.

Nərmin
1 Min Read

ABŞ-ın İran sahilləri yaxınlığında mülki sürətli qayıqlara və yük gəmilərinə hücumları nəticəsində beş nəfərin öldüyü bildirilir.

İzmedia.az xəbər verir ki, dövlət televiziyası adı açıqlanmayan ordu komandirinə istinadən ABŞ-ın İranın mülki qayıqlarına hücum etdiyini bildirib.

Məlumata görə, ABŞ-ın hədəf aldığı altı sürətli qayıq İran İnqilab Keşikçiləri Korpusuna deyil, mülki şəxslərə məxsus olub.

Yerli mənbələrin iddiasına əsasən, Omandan İrana yük daşıyan iki kiçik qayığa edilən hücum nəticəsində beş mülki şəxs həlak olub.

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş