Ölümcül kontrabanda: Schiphol aeroportunun tualetində insan üçün təhlükəli ola bilən 6 zəhərli qurbağa tapılıb

Nərmin
1 Min Read

İzmedia.az xəbər verir ki, Niderlandın əsas hava limanı olan Amsterdam Schiphol aeroportunda tualetdə 6 ədəd zəhərli ağac qurbağası aşkar edilib.

Məlumata görə, gömrük əməkdaşları uçuş zalının tualetində yerləşən zibil qabında plastik konteyner tapıblar. Yoxlama zamanı həmin qabın içərisində canlı, ekzotik və son dərəcə təhlükəli qurbağalar müəyyən edilib.

Sonradan onların Cənubi və Mərkəzi Amerikada yayılmış, dərisindən güclü zəhər ifraz edən “dendrobat” növünə aid olduğu təsdiqlənib.

Rəsmilərin ehtimalına görə, bu heyvanlar qeyri-qanuni şəkildə ölkədən çıxarılmağa cəhd edilib, lakin naməlum şəxs təhlükəsizlik yoxlamasından yayınmaq üçün onları tualetdə qoyub.

Mütəxəssislərin bildirdiyinə görə, bu qurbağaların dərisində güclü neyrotoksin var və insanla birbaşa təmasda sinir sisteminə təsir göstərə bilər. Kiçik ölçülərinə baxmayaraq, bu növ qurbağalar dünyada ən təhlükəli onurğalılardan hesab olunur.

Hazırda heyvanlar müsadirə olunub və xüsusi təhlükəsiz konteynerlərdə Niderland Qida Təhlükəsizliyi və İstehlakçı Məhsulları İdarəsinə təhvil verilib. Onların daha sonra xüsusi sığınacağa yerləşdiriləcəyi bildirilir.

Hadisə ilə bağlı araşdırma aparılır, qurbağaların aeroport ərazisinə necə gətirildiyi və daşıyıcının kimliyi müəyyənləşdirilməyə çalışılır.

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş