Yaponiya hökuməti rusiyapərəst deputatın açıqlamalarını şərh etmədi

1 Min Read

Yaponiya hökuməti Moskvaya səfər edən və Rusiyaya tətbiq olunan Yaponiya sanksiyalarının ləğvinə çağıran hakim Liberal Demokrat Partiyasının (LDP) üzvü Muneo Suzukinin açıqlamalarını şərh etməkdən imtina edib. Bu məsələ Nazirlər Kabinetinin baş katibi Minoru Kiharanın keçirdiyi müntəzəm mətbuat konfransında gündəmə gətirilib.

“Parlament üzvlərinin fərdi açıqlamalarına münasibət bildirməkdən çəkinmək istərdim”, – deyə Kihara bildirib.

O, bir daha Rusiyanın Ukraynadakı fəaliyyətini tənqid edib və vurğulayıb ki, Yaponiya beynəlxalq ictimaiyyət, xüsusilə də G7 ölkələri ilə sıx əməkdaşlıq çərçivəsində Rusiyaya qarşı sanksiyalar tətbiq edib.

Bununla yanaşı, Yaponiya hökumət rəsmisi qonşu dövlət kimi Rusiya ilə münasibətlərin qorunmasının Tokio üçün vacib olduğunu da qeyd edib.

“Ümumilikdə, xarici siyasət baxımından milli maraqlarımıza uyğun addımlar atmağa davam edəcəyik”, – deyə o əlavə edib.

Muneo Suzuki mayın 3-dən 6-dək Moskvada səfərdə olub. O, səfər çərçivəsində Rusiyanın xarici işlər nazirinin müavinləri Andrey Rudenko və Mixail Qaluzinlə görüşüb.

Yaponiyalı deputat uzun müddətdir ki, Rusiyaya qarşı tətbiq olunan sanksiyaların ləğvini və Tokio-Moskva münasibətlərinin bərpasını müdafiə edir. Suzuki Rusiya ilə yaxın əlaqələri ilə tanınır. O, Şinzo Abe və Yoşihide Suqanın baş nazir olduğu dövrdə Yaponiya-Rusiya münasibətləri ilə bağlı onlara məsləhətlər verib.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş