İzmedia.az xəbər verir ki, 6 may gecəsi Ukrayna dronlarının Krım yarımadasına kütləvi hücumu qeydə alınıb. Səvəstopol yaxınlığında onlarla pilotsuz uçuş aparatı hava hücumundan müdafiə sistemləri tərəfindən vurulsa da, Cankoy şəhərində itkilərin olduğu bildirilir.
Məlumata görə, Cankoyda baş verən zərbələr nəticəsində beş mülki şəxs həlak olub.
Cankoy Krımın materiklə əsas nəqliyyat qovşağı hesab olunur. Buradan dəmir yolu xətləri və avtomobil yolları Simferopol və Sevastopola gedir. Məlumatlara əsasən, bu bölgə hərbi logistika baxımından strateji əhəmiyyət daşıdığı üçün hədəf seçilib.
Rusiya Müdafiə Nazirliyinin açıqlamasına görə, təkcə 5 may axşamı ərzində ümumilikdə 90-dan çox dron məhv edilib. Bundan əvvəlki sutka ərzində isə yüzlərlə pilotsuz aparatın qarşısı alınıb.
Hazırda Cankoyda hadisənin nəticələri aradan qaldırılır, yerli hakimiyyət həlak olanların ailələrinə dəstək göstərildiyini bildirir. Rəsmi qurumlar hücumların davam edə biləcəyi barədə xəbərdarlıq edirlər.
![]()
