Bakının ən böyük sənaye parkının ərazisi genişləndirilir

Nərmin
0 Min Read

Paytaxtın ən böyük sənaye parklarından olan Balaxanı Sənaye Parkının ərazisinin genişləndirilməsi ilə əlaqədar infrastrukturun yaradılması üzrə layihə-smeta sənədləri hazırlanması işlərinə başlanılacaq.

izmedia.az “Oxu.Az”a istinadən xəbər verir ki, bununla bağlı “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyəti tender elan edib.

Qurum layihə çərçivəsində görüləcək işlər müqabilində ümumilikdə 491 458 manat ödəniş edəcək.

Qeyd edək ki, Prezident İlham Əliyev ötən ilin aprelində Balaxanı Sənaye Parkının ərazisinin genişləndirilməsi haqqında Sərəncam imzalayıb.

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş