ABŞ İran nefti ilə bağlı sanksiyaları sərtləşdirir

1 Min Read
FILE PHOTO: A gas flare on an oil production platform is seen alongside an Iranian flag in the Gulf July 25, 2005. REUTERS/Raheb Homavandi//File Photo

ABŞ-nin baş prokuroru vəzifəsini icra edən Todd Blanche bildirib ki, ABŞ Ədliyyə Nazirliyi sanksiyalara məruz qalan İran neftini alan və ya satan hər kəsi məsuliyyətə cəlb etmək niyyətindədir.

Blanche X sosial şəbəkəsində paylaşdığı açıqlamada qeyd edib: “Ədliyyə Nazirliyi sanksiya tətbiq edilmiş İran neftini alan və ya satan hər kəsi qətiyyətlə məhkəməyə verəcək”.

Daha əvvəl ABŞ prezidenti Donald Tramp İranın dənizdə tam blokadaya alınması planını açıqlamışdı. Bu addımın ötən ilin sonunda Venesuelaya qarşı tətbiq edilən oxşar tədbirlərə bənzər olacağı bildirilir.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş