İzmedia.az xəbər verir ki, Avropa İttifaqında qərarların qəbul mexanizminin dəyişdirilməsi gündəmə gəlib. Almaniyanın xarici işlər naziri Yohan Vadeful Aİ-də yekdillik prinsipindən imtina edilərək qərarların səs çoxluğu ilə qəbul olunmasını təklif edib.
Onun sözlərinə görə, bu addım ittifaqın daha çevik və effektiv fəaliyyət göstərməsinə imkan yaradacaq, lakin eyni zamanda kiçik ölkələrin qərarvermə prosesindəki təsirini azalda bilər. Təklif Avropa siyasi dairələrində müzakirələrə səbəb olub və fərqli reaksiyalar doğurub.
![]()
