“Kalaşnikov”: Rus-PE sistemi geniş döyüş təcrübəsi ilə seçilir

1 Min Read

Rusiyanın yeni “Rus-PE” portativ kəşfiyyat və zərbə sistemi idarə olunan sursatlarla birlikdə geniş döyüş təcrübəsinə malik olması ilə xarici analoqlarından fərqlənir. Bu barədə Malayziyada keçirilən Defense Services Asia (DSA) beynəlxalq silah və hərbi texnika sərgisində “Kalaşnikov” Qrupunun Dron və Səyyar Sursatların İxracı bölməsinin direktoru Leonid Rokeax TASS-a açıqlamasında bildirib.

Onun sözlərinə görə, şirkət beynəlxalq təcrübəni yaxından izləyir və aparıcı ölkələrin pilotsuz uçuş aparatları (PUA) və sursat sahəsindəki inkişaflarını diqqətlə öyrənir: “Məhsullarımızın əsas üstünlüyü onların geniş döyüş təcrübəsinə malik olmasıdır. Bu isə bir çox Qərb istehsalçısının malik olmadığı xüsusiyyətdir. Sülh dövründə və hərbi münaqişə şəraitində məhsul hazırlamaq və istehsal etmək arasında ciddi fərq var. Bu da bizim əsas rəqabət üstünlüyümüzdür”.

Rokeax əlavə edib ki, “Rus-PE” sisteminin rəqabətədavamlı qiyməti və yüksək texniki göstəriciləri də onu bazarda fərqləndirən əsas amillərdəndir.

Qeyd edək ki, sözügedən səyyar sursat Asiya-Sakit okean regionunda ilk dəfə Malayziyada keçirilən sərgidə nümayiş etdirilib. “Rus-PE” sisteminin beynəlxalq premyerası isə 2026-cı ilin fevral ayında Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda baş tutub.

Məlumata görə, DSA sərgisi 20–23 aprel tarixlərində Kuala Lumpur şəhərində keçirilir. “Kalaşnikov” Qrupunun məhsulları Rusiyanın silah ixracatçısı “Rosoboronexport” (Rostec Dövlət Texnologiya Korporasiyasının tərkib hissəsi) ilə birgə təşkil olunan milli ekspozisiya çərçivəsində təqdim olunur.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş