NATO baş katibinin xüsusi nümayəndəsi yaxın vaxtlarda Azərbaycana səfər edəcək

Nərmin
1 Min Read

NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Kevin Hamilton yaxın vaxtlarda Azərbaycana səfər edəcək.

izmedia.az xəbər verir ki, bu barədə “Report”a NATO-nun rəsmi nümayəndəsi məlumat verib.

Hazırda Hamilton vəzifəsinin icrasına başladıqdan sonra regiona planlaşdırılan ikinci səfəri çərçivəsində Gürcüstandadır. O, bundan əvvəl – aprel ayında Ermənistanda səfərdə olub.

NATO-dan bildirilib ki, Hamiltonun fəaliyyəti alyansın “strateji əhəmiyyətli region” adlandırdığı Cənubi Qafqaz ölkələri ilə dialoq və əməkdaşlığın möhkəmləndirilməsinə yönəlib.

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş