izmedia.az xəbər verir ki, Vladimir Putin Moskvada keçirilən 9 May Qələbə Günü tədbirlərindən sonra keçirdiyi mətbuat konfransında Ukraynadakı müharibə ilə bağlı diqqətçəkən açıqlamalar verib.
Rusiya prezidenti bildirib ki, Ukraynadakı münaqişənin sona yaxınlaşdığını düşünür.
Putin qeyd edib ki, Qələbə Günü münasibətilə elan edilən atəşkəs dövründə Ukrayna Moskvanı və ya paradı hədəf alsaydı, Kiyev ağır raket hücumları ilə üzləşəcəkdi. Onun sözlərinə görə, bu müddətdə Çin, Hindistan və ABŞ ilə koordinasiya aparılıb.
Rusiya lideri həmçinin ABŞ Prezidenti Donald Trump tərəfindən təklif olunan əsir mübadiləsi məsələsinə də toxunub. Putin bildirib ki, Rusiya Ukraynaya 500 ukraynalı əsirin siyahısını təqdim etsə də, Kiyev sonradan geri addım atıb və proses dayanıb.
Putin bəzi Qərb siyasətçilərinin müharibənin davam etməsində maraqlı olduğunu iddia edib:
“Onlar Rusiyanın qısa müddətdə məğlub olacağını düşünürdülər. Amma vəziyyət çıxılmaz hala gəldi”, – deyə o bildirib.
Rusiya prezidenti 2022-ci ildə İstanbulda keçirilən Rusiya-Ukrayna danışıqlarını da xatırladıb. Onun sözlərinə görə, Emmanuel Macron həmin vaxt Kiyevin təzyiq altında sənəd imzalamayacağını deyərək Rusiya qoşunlarının geri çəkilməsini istəyib.
Putin çıxışında Yaxın Şərqdəki gərginliyə də toxunaraq İran və ABŞ arasında mümkün eskalasiyanın hər kəs üçün itki ilə nəticələnəcəyini bildirib. O qeyd edib ki, İranın zənginləşdirilmiş uranının Rusiyaya daşınması ideyası əvvəlcə ABŞ, İsrail və İran tərəfindən qəbul edilsə də, sonradan Vaşinqton mövqeyini dəyişib.
![]()
