HALUK LEVENT TUNCELİ KONSERTİNDƏ GÜLİSTAN DOKU-NUN POSTERİNİ AÇIB MAHNİ İFASİ ETDİ

Nərmin
1 Min Read

Haluk Levent Türkiyənin Tunceli şəhərində keçirilən “Mameki Fest Gençlik” tədbirləri çərçivəsində səhnəyə çıxaraq, 2020-ci ilin yanvar ayından bəri itkin düşən və öldürülmüş ola biləcəyi ehtimal edilən Gülistan Doku-nun xatirəsini yad edib.

izmedia.az xəbər verir ki, Munzur çayı sahilində yerləşən Mameki Parkında baş tutan konsert zamanı sənətçi səhnədə Gülistan Doku-nun fotosunun yer aldığı posteri açaraq onun xatirəsinə mahnı ifa edib. Tədbirdə minlərlə insan iştirak edib və tamaşaçılar uzun müddət “Gülistan Doku” şüarları səsləndiriblər.

Haluk Levent çıxışı zamanı “Bütün ölkə olaraq Gülistan qızımıza həssasıq. Acılı anasının yanındayıq” sözlərini deyib və istintaq prosesində göstərilən səylərə görə prokurorluğa təşəkkür edib.

Daha sonra sənətçi sözləri Yusuf Hayaloğlu, musiqisi isə Ahmet Kaya-ya aid olan “Hani Benim Gençliğim Nerede” mahnısını tamaşaçılarla birlikdə səsləndirib.

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş