Suriyada hərbi avtomobilə hücum: 2 əsgər həlak olub

Nərmin
0 Min Read

izmedia.az xəbər verir ki, Suriyanın Həsəkə vilayətində hərbi personalı daşıyan avtomobilə hücum edilib. Hadisə nəticəsində 2 əsgər həyatını itirib, bir neçə hərbçi isə yaralanıb.

Suriya mətbuatının məlumatına görə, ordu əməkdaşlarını daşıyan avtobus Həsəkə şəhərinin kənd ərazisində naməlum şəxslər tərəfindən atəşə tutulub.

Hücumun kim tərəfindən həyata keçirildiyi hələlik müəyyən edilməyib. Hadisə ilə bağlı araşdırma aparılır və bölgədə təhlükəsizlik tədbirləri gücləndirilib.

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş