Joze Mourinyo yenidən “Real Madrid”in baş məşqçisi təyin olunacaq. Məlumata görə, əfsanəvi portuqaliyalı mütəxəssis klub rəhbərliyi ilə 2026/27 mövsümündən etibarən komandaya rəhbərlik etmək barədə razılığa gəlib.
![]()
Bu barədə məlumatı jurnalist və insayder Saşa Tavolyeri yayıb. Onun sözlərinə görə, tərəflər arasında müqavilə artıq yekunlaşma mərhələsinə çatıb və rəsmi açıqlamanın gələn həftə verilməsi gözlənilir.
Bildirilir ki, Mourinyo 2026/27 mövsümündə komandanın baş məşqçisi kimi fəaliyyətə başlayacaq. O, yanvar ayında isə hazırkı baş məşqçi Alvaro Arbeloanı əvəz edərək Xabi Alonsonun yerini tutacaq.
Klubdan hələlik rəsmi təsdiq verilməsə də, xəbərin yaxın günlərdə rəsmiləşəcəyi gözlənilir.
İzmedia.az
![]()
Sign in to your account