Bir vaxtlar kino sənayesində böyük filmlər demək olar ki, həmişə hit mahnılarla müşayiət olunurdu. Bu tendensiya bu gün bir qədər azalsa da, bəzi film mahnıları illər, hətta onilliklər sonra da populyarlığını qoruyur.
![]()
Stat Signific-in məlumatına görə, filmlərdən çıxan ən məşhur və ən çox ifa olunan pop mahnı 1992-ci ildə “The Bodyguard” filmi üçün Uitni Hyustonun ifa etdiyi “I Will Always Love You” əsəridir. Bu mahnı Dolly Partonun orijinal kompozisiyasının cover versiyasıdır və 14 həftə boyunca Billboard siyahılarının zirvəsində qalıb.
1990-cı illər kino və musiqinin sıx əməkdaşlıq dövrü kimi yadda qalıb. “Far Out Magazine” qeyd edir ki, həmin dövrdə studiyalar böyük filmlərlə yanaşı, xüsusi olaraq yazılmış pop hitlərinə də böyük önəm verirdi. Bu gün isə daha çox instrumental musiqi və əvvəlki mahnıların lisenziyalaşdırılması üstünlük təşkil edir.
Filmlərlə bağlı ən uğurlu mahnılar sırasında Boyz II Men qrupunun “Boomerang” filmindən “End of the Road” əsəri də yer alır. Film kassada böyük uğur qazanmasa da, mahnı uzun müddət musiqi siyahılarında lider olub.
Siyahının digər ikonik nümunələrindən biri isə Eminemin “8 Mile” filmindən “Lose Yourself” mahnısıdır. Bu kompozisiya 2002-ci ildə Billboard siyahılarında 12 həftə zirvədə qalaraq böyük uğur qazanıb.
İzmedia.az
![]()
Sign in to your account