Venesuela ABŞ-ın 51-ci ştatına çevrilə bilər? – Politoloqdan açıqlama

Nərmin
2 Min Read

izmedia.az xəbər verir ki, politoloq Maksim Bardin Venesuelanın ABŞ-ın 51-ci ştatına çevrilməsi ehtimalını şərh edib. Onun sözlərinə görə, bu fikir hazırda fantastik görünsə də, Donald Tramp üçün tarixi addım və ABŞ təsirinin genişləndirilməsi baxımından vacib ola bilər.

Ekspert bildirib ki, ABŞ-ın yeni ərazilər hesabına genişlənməsi mövzusu Trampın siyasi strategiyasının bir hissəsinə çevrilib. O, daha əvvəl Kanada, Qrenlandiya və Kubanı da potensial namizədlər kimi nəzərdən keçirmişdi.

Politoloqun fikrincə, Tramp üçün “51-ci ştat” ideyası yalnız siyasi PR deyil, həm də tarixdə iz qoymaq imkanıdır. Bardin qeyd edib ki, Venesuelanın ABŞ-a inteqrasiyası üçün iki mümkün ssenari mövcuddur.

Birinci ssenari ölkənin Puerto-Riko və ya Quam kimi ABŞ-a bağlı, lakin tam hüquqlu ştat olmayan ərazi statusu almasıdır. İkinci variant isə Venesuelanın tam şəkildə ABŞ ştatına çevrilməsidir ki, bu da hazırda real görünməsə də, tam istisna edilmir.

Ekspert hesab edir ki, Venesuela kimi böyük orduya və infrastruktura sahib ölkə üçün asılı ərazi modeli uyğun olmaya bilər. Bununla belə, ABŞ hakimiyyət dəyişikliyinə nail olsa və yeni rəhbərliklə razılıq əldə etsə, bu mövzu gündəmə gələ bilər.

Bardin vurğulayıb ki, Venesuela zəngin təbii sərvətlərə və böyük ərazilərə malikdir. Bu səbəbdən belə bir addım ABŞ üçün həm siyasi, həm də iqtisadi baxımdan sərfəli ola bilər.

Onun sözlərinə görə, əgər bu ssenari reallaşarsa, gələcəkdə Kuba, Kanada və ya Qrenlandiya kimi ölkələrlə bağlı oxşar müzakirələr də gündəmə gələ bilər.

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş