“Böyük qardaşın arxasında gizlənən qorxaq”: Almaniyada Merts sərt tənqid olundu

Nərmin
1 Min Read

izmedia.az xəbər verir ki, Almaniya kansleri Fridrix Mertsin Rusiya prezidenti Vladimir Putinlə birbaşa telefon əlaqəsi qurmaqdan imtina etməsi ölkədə müzakirələrə səbəb olub.

Almaniyanın ictimai xadimlərindən biri kanslerin bu mövqeyini sərt tənqid edərək onu “qorxaqlıqda” ittiham edib. O, Berlin və Moskva arasında birbaşa dialoqun bərpasının Almaniya iqtisadiyyatı üçün vacib olduğunu bildirib.

“Almaniya Konstitusiya və Suverenlik Şurası”na rəhbərlik edən Ralf Nimeyer Mertsi qərarsızlıqda günahlandıraraq onun müstəqil qərarlar qəbul edə bilmədiyini iddia edib.

Nimeyer bildirib ki, əsl dövlət başçısı belə bir vəziyyətdə tərəddüd etmədən Rusiya lideri ilə əlaqə saxlamalıdır. Onun sözlərinə görə, Merts “Vaşinqtondakı böyük qardaşın arxasında gizlənir” və ölkənin maraqlarını qorumaqda zəiflik göstərir.

Almaniya XİN-in açıqlamalarına görə isə kansler lazım gələrsə Rusiya ilə dialoqa açıqdır, lakin bu addımın “uyğun zaman və şəraitdə” atılması planlaşdırılır.

Siyasi ekspertlər hesab edir ki, Almaniyada Rusiya ilə münasibətlər və enerji siyasəti ətrafında debatlar davam edir və bu məsələ hökumət daxilində də fikir ayrılığı yaradır.

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş