“Kir ilə birləşənlər”: Kremlin rəsmisi Starmer barədə zarafat etdi

Nərmin
1 Min Read

izmedia.az xəbər verir ki, Rusiyanın Birbaşa İnvestisiyalar Fondunun rəhbəri Kirill Dmitriyev Böyük Britaniyanın baş naziri Kir Starmer ətrafında yaranan siyasi vəziyyəti ironik şəkildə şərh edib.

O, sosial şəbəkələrdə paylaşım edərək Starmerin istefasını gözləyənlərin yalnız Yer kürəsində deyil, hətta “yeni aşkar olunmuş sivilizasiyalarda” da olduğunu zarafatla bildirib.

Dmitriyev qeyd edib ki, bu fikrə görə Starmer “Yer planetində və hətta yadplanetliləri birləşdirməyi bacarıb”. O, bu ideyanı dəstəkləyənləri isə “Kir ilə birləşənlər” adlandırıb.

Paylaşımına “Qladiator” filmindən məşhur səhnənin GIF-i də əlavə edən rus rəsmisi “əgər birlikdə olsaq, sağ qala bilərik” ifadəsinə istinad edib.

Böyük Britaniyada isə son dövrlərdə siyasi vəziyyətin gərginləşdiyi bildirilir. Məlumata görə, hökumət daxilində bəzi istefalar baş verib və 80-dən çox parlament üzvü Starmerin istefasını tələb edir.

Lakin baş nazir vəzifəsindən getmək niyyətində olmadığını bildirərək həm partiyanın, həm də hökumətin başında qalacağını açıqlayıb.

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş