izmedia.az xəbər verir ki, Valencia Basket EuroLeague pley-off mərhələsinin 5-ci oyununda Panathinaikos B.C. üzərində 81:64 hesablı qələbə qazanaraq Final Four-a yüksəlib.
Məlumata görə, İspaniya klubu seriyada 2:0 geridə olmasına baxmayaraq ardıcıl qələbələrlə vəziyyəti 3:2 xeyrinə çevirib və mərhələni keçib.
Komandanın ən məhsuldar oyunçusu 20 xalla Brancou Badio olub. Braxton Key 12, Jean Montero isə 10 xal ilə çıxış edib.
Məğlub tərəfdə isə Nigel Hayes-Davis 15 xal toplayıb, milli basketbolçu Cedi Osman isə 10 xalla oynayıb.
Valencia Basket Final Four yarımfinalında Real Madrid ilə qarşılaşacaq.
![]()
