Belçika müdafiə naziri TUSAŞ-a səfər edib

Nərmin
1 Min Read

izmedia.az xəbər verir ki, Theo Francken Türkiyənin Turkish Aerospace Industries müəssisəsinə səfər edib.

Məlumata görə, səfər çərçivəsində qonağı TUSAŞ-ın baş direktoru Mehmet Demiroğlu qarşılayıb.

Görüş zamanı müdafiə sənayesi, aviasiya texnologiyaları və beynəlxalq əməkdaşlıq imkanları müzakirə olunub.

Tərəflər gələcək əməkdaşlıq perspektivlərini dəyərləndirərək müasir mühəndislik imkanları və yüksək texnologiyalı həllər üzrə fikir mübadiləsi aparıblar.

Qeyd edək ki, səfərin məqsədi Türkiyə və Belçika arasında müdafiə və aviasiya sahələrində əməkdaşlığın genişləndirilməsi kimi qiymətləndirilir.

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş