Axios: ABŞ İsrailin Qəzzada hərbi əməliyyatları bərpa etməsinə icazə verməyəcək

1 Min Read

“Axios” portalı Amerika mənbələrinə istinadən xəbər verir ki, Qəzza zolağındakı vəziyyətin nizamlanması üçün sülh planının həyata keçirilməsi ilə bağlı problemlər fonunda ABŞ İsrailə anklavda hərbi əməliyyatların bərpasına icazə verməyəcəyi barədə məlumat verib.

Portalın qeyd etdiyi kimi, ABŞ ilə dialoq zamanı İsrail rəsmiləri Fələstin radikal hərəkatı “HƏMAS”ın mövqelərinə hücumların bərpası ehtimalını gündəmə gətiriblər. Bu cür təşəbbüslərə cavab olaraq, ABŞ hökumətinin nümayəndələri mövcud ziddiyyətlərin həlli şəraitində hərbi əməliyyatların bərpasını qəbuledilməz hesab etdiklərini bildiriblər.

Yanvarın 22-də Davosda keçirilən Dünya İqtisadi Forumunda 19 ölkənin nümayəndələri Qəzza zolağındakı münaqişənin sülh yolu ilə həlli üçün yaradılan “Sülh Şurası”nın nizamnaməsini imzalayıblar. Vaşinqton artıq digər dövlətlərin də bu təşkilata qoşulduğunu bildirib. Sülh Şurası İsrail və HƏMAS arasında Qəzzanın idarə olunması ilə bağlı əldə edilən razılaşmaya uyğun olaraq yaradılıb, lakin onun digər bölgələrdə münaqişələrin qarşısının alınması və həlli ilə də məşğul olacağı planlaşdırılır. Hazırda Qəzzada nizamlanma prosesinin həyata keçirilməsi yalnız HƏMAS bölmələrinin tərksilah edilməsi səbəbindən gecikir.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş