Bloomberg: Hindistana gedən iki yanacaq tankeri Hörmüz boğazından keçib

1 Min Read
Bloomberg agentliyinin məlumatına görə, Hindistana istiqamətlənən iki yanacaq tankeri Hörmüz boğazından keçib.

Agentlik bildirir ki, mayeləşdirilmiş neft qazı (LPG) daşıyan “Symi” tankeri cümə axşamı Oman körfəzində naviqasiya cihazını söndürdükdən sonra aşkar edilib. Tanker Qətərdən Kandla şəhərinə yanacaq daşıyırdı.

Bir neçə saat sonra “NV Sunshine” adlı ikinci gəmi də eyni marşrutla hərəkət edib. Əvvəlcə onun təyinat yeri Manqalor göstərilsə də, sonradan istiqamət Kandlaya dəyişdirilib.

Daha əvvəl Hindistan Xarici İşlər Nazirliyi 11 Hindistan gəmisinin Hörmüz boğazından təhlükəsiz keçdiyini, daha 13 gəminin isə hələ də Fars körfəzində olduğunu açıqlamışdı.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş