Çin XİN: ABŞ və İran nə qədər tez razılığa gəlsə, bir o qədər yaxşı olacaq

1 Min Read

Çin Xarici İşlər Nazirliyi mayın 15-də yaydığı bəyanatda ABŞ və İranın Yaxın Şərqdəki münaqişənin həlli üçün mümkün qədər tez ortaq yol tapmasının vacibliyini vurğulayıb.

Nazirliyin yazılı açıqlamasında bildirilib: “Əslində baş verməməli olan bu münaqişənin davam etməsi üçün heç bir əsas yoxdur. ABŞ və İran nə qədər tez həll yolu tapa bilsələr, bu, həm iki ölkə, həm region dövlətləri, həm də bütün dünya üçün bir o qədər faydalı olacaq”.

Pekin hesab edir ki, böhranın həlli üçün yeganə effektiv yol danışıqlar və dialoqdur. Çin tərəfi güc tətbiqinin müsbət nəticə verməyəcəyini qeyd edib.

“Dialoq qapıları açıq olduğu müddətdə, onlar yenidən bağlanmamalıdır”, – deyə bəyanatda vurğulanıb.

Bundan əlavə, Çin Xarici İşlər Nazirliyi qlobal təchizat zəncirlərinin sabitliyi və davamlılığının təmin olunması üçün beynəlxalq dəniz yollarının normal fəaliyyətinin mümkün qədər tez bərpa edilməsinin vacibliyinə diqqət çəkib.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş