Tramp NATO-nu İrana hücumlarla bağlı mövqeyinə görə tənqid edib

1 Min Read
U.S. President Donald Trump holds a press conference in the James S. Brady Press Briefing Room at the White House in Washington, D.C., U.S., April 6, 2026. REUTERS/Evan Vucci

ABŞ prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərə açıqlamasında NATOnu ABŞ və İsrailin İrana qarşı əməliyyatlarında iştirakdan imtina etdiyinə görə tənqid edib.

Tramp deyib:

“Biz NATO-ya trilyonlarla dollar xərcləyirik və mən onlardan çox kiçik bir vəziyyətə müdaxilə etmələrini istəyəndə onlar bizim tərəfimizdə durmurlar. Onlardan biri də yox”.

O əlavə edib ki, NATO ölkələri ABŞ-ın müxtəlif beynəlxalq böhranlarda yanında olsa da, Vaşinqtonun ciddi təhlükələrlə üzləşdiyi hallarda eyni dəstəyi görməyəcəyini düşünür.

“Biz Ukrayna üçün orada idik. Onların problemləri olanda biz də orada idik. Amma düşünmürəm ki, ciddi problemlər yarandıqda bizim üçün orada olacaqlar”, – deyə Tramp bildirib.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş