Finlandiya bu səhər paytaxt ərazisi üzərində qeydə alınan şübhəli dron fəaliyyətinin artıq təhlükə yaratmadığını və vəziyyətin normala qayıtdığını açıqlayıb. Hadisə zamanı qırıcı təyyarələr havaya qaldırılıb, təcili yardım xidmətləri isə operativ şəkildə müdaxilə edib.
Yle ictimai yayımçısının məlumatına görə, Finlandiya Müdafiə Qüvvələri vəziyyətə cavab olaraq hava patrulu həyata keçirib və əlavə təhlükəsizlik tədbirləri görüb.
“Təhlükə keçib” – rəsmi açıqlama
Daxili işlər naziri Mari Rantanen sosial şəbəkə X-də paylaşım edərək bildirib:
“Təhlükə keçib. İnsanlar işə və məktəbə təhlükəsiz şəkildə gedə bilərlər.”
Helsinki Hava Limanının rəsmi açıqlamasına görə, təxminən üç saatlıq fasilədən sonra hava hərəkəti bərpa olunub.
Baş nazir: tədbirlər gücləndirilib
Finlandiyanın Baş naziri Petteri Orpo da vəziyyətlə bağlı açıqlama verərək bildirib ki, aidiyyəti qurumlar hadisəyə operativ reaksiya göstərib və Müdafiə Qüvvələrinin nəzarət və cavab imkanları gücləndirilib.
O, vətəndaşlara rəsmi qurumların xəbərdarlıqlarını izləməyi tövsiyə edib.
İzmedia.az
![]()

