Trampın “kortejinin arxasınca düşmə” cəhdi: polis qolf klubunun yanında qaydanı pozan sürücünü təqib edib

Nərmin
1 Min Read

ABŞ polisi prezident Donald Trampın kortejinə qoşulmağa cəhd edən avtomobili saxlayıb. Hadisə ABŞ liderinin bazar günü Vaşinqton ətrafında yerləşən qolf klubuna səfəri zamanı baş verib.

izmedia.az xəbər verir ki, ABŞ hüquq-mühafizə orqanları prezident Donald Trampın müşayiət olunduğu kortejə qoşulmağa çalışan şəxsi avtomobili dayandırıb.

Məlumata görə, sürücü magistral yolda hərəkət edən prezident kortejinə qoşulmağa cəhd edib, lakin polis tərəfindən dərhal saxlanılıb.

Hazırda saxlanılan şəxsin kimliyi və motivləri barədə məlumat verilmir. Həmçinin ona qarşı hansısa ittiham irəli sürülüb-sürülmədiyi də açıqlanmayıb.

Hadisə Trampın Vaşinqton yaxınlığındakı qolf klubuna getdiyi gün baş verib.

Qeyd edək ki, bir müddət əvvəl Trampa qarşı mümkün sui-qəsd cəhdi ilə bağlı insident də qeydə alınmışdı. Rəsmilər son illərdə ABŞ prezidentinə qarşı təhlükəsizlik risklərinin artdığını bildirirlər.

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş