Sergey Yakiroviç Hull ilə Premyer Liqa pley-off finalına yüksəldi

1 Min Read
Sergey Yakiroviç Hull komandası ilə Premyer Liqa pley-off finalında sensasiyalı qələbə qazanıb. Şənbə günü saat 17:30-da Uemblidə Midlsbroya qarşı keçiriləcək qarşılaşma “dünyanın ən bahalı oyunu” kimi qiymətləndirilir, çünki bu pley-off finalı İngiltərə və dünya futbolunun elit səviyyəsinə yüksəlmək imkanı verir. Bu matçın qalibi Premyer Liqaya vəsiqə qazanan üçüncü və son komanda olacaq. Qarşılaşmanın iqtisadi dəyərinin təxminən 230 milyon avro olduğu bildirilir.

Yakiroviç bütün çətinliklərə baxmayaraq komandasını finala daşımağı bacarıb. Çempionatın 46 turundan sonra Hull 24 komanda arasında 6-cı yeri tutaraq pley-offa son vəsiqəni əldə edib. Komanda yarımfinalda Millwall-u səfərdə 2:0 hesabı ilə məğlub edərək finala yüksəlib.

Uemblidə keçiriləcək finaldan əvvəl Yakiroviç “Denis Podkastı”nda çıxış edərək bunları deyib:

“Mövsümdən əvvəl hamı bizi 23-cü yerdə görürdü. Xüsusilə də üç transfer pəncərəsi ərzində oyunçu almaq imkanımızın olmamasından sonra hər kəs aşağı liqaya düşəcəyimizi düşünürdü. Amma biz bu qiymətləndirilməmədən motivasiya aldıq. Doqquz ay sonra Premyer Liqa pley-offundayıq. Oyunçulara sadəcə zövq almağı dedim. Heç bir təzyiq hiss etmirik.”

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş