izmedia.az xəbər verir ki, Radio Caroline radiostansiyası texniki nasazlıq səbəbindən səhvən Kral III Çarlz-ın vəfat etdiyi barədə xəbər yayıb.
Məlumata görə, hadisədən sonra radiostansiyanın direktoru Piter Mur rəsmi şəkildə kraldan və dinləyicilərdən üzr istəyib. O bildirib ki, kompüter sistemində yaranmış problem səbəbindən monarxın ölümü halı üçün əvvəlcədən hazırlanmış xüsusi protokol təsadüfən aktivləşib.
Nəticədə efirdə kralın vəfatı ilə bağlı yanlış məlumat səsləndirilib və yayım qısa müddətlik dayandırılıb.
Radiostansiya daha sonra yayımı bərpa edərək məlumatın səhv olduğunu açıqlayıb və kralın səhhətinin yaxşı olduğunu bildirib.
Piter Mur qeyd edib ki, Radio Caroline Britaniya monarxiyasına hörmətlə yanaşır və illərdir kral ailəsinin Milad müraciətlərini yayımlayır.
![]()
