İran hakimiyyəti Hörmüz boğazında gəmilərin keçidi üçün məcburi icazə tələb edilən tənzimlənən dəniz zonasının yaradıldığını elan edib. Qərar Hörmüz boğazı yaxınlığında fəaliyyət göstərən Fars Körfəzi İdarəsi tərəfindən açıqlanıb.
X sosial şəbəkəsində yayılan bəyanatda bildirilir ki, yeni zona İranın Kuh-e Mübarək şəhərindən Birləşmiş Ərəb Əmirliklərinin Füceyra şəhərinin cənubuna, boğazın şərq giriş hissəsinə qədər olan ərazini, eləcə də Qeşm adasından qərb girişində yerləşən Ümm əl-Küveynə qədər olan sahəni əhatə edir.
Qeyd olunur ki, bu ərazidən keçid üçün İran hakimiyyətinin razılığı və rəsmi icazəsi tələb olunacaq. Bu addımın Tehranın dünyanın əsas dəniz nəqliyyat yollarından biri üzərində nəzarətini gücləndirməsi kimi qiymətləndirildiyi bildirilir.
İzmedia.az
![]()

