Axios nəşrinin jurnalisti Barak Ravid mənbələrə istinadən bildirib ki, ABŞ prezidenti Donald Tramp İsrailin baş naziri Benyamin Netanyahu ilə “uzun və mürəkkəb” telefon danışığı aparıb.
Jurnalistin sözlərinə görə, Tramp Netanyahunu vasitəçilərin ABŞ və İran tərəfindən imzalandığı iddia edilən “niyyət məktubu” üzərində apardığı iş barədə məlumatlandırıb.
Mənbələrin bildirdiyinə görə, sözügedən sənəddə münaqişənin dayandırılması ilə bağlı müddəaların rəsmi şəkildə əks olunması və 30 günlük danışıqlar prosesinin başlanması nəzərdə tutulur.
İddialara əsasən, danışıqlar çərçivəsində İranın nüvə proqramı, eləcə də Hörmüz boğazında naviqasiya azadlığının təmin edilməsi məsələlərinin müzakirəsi planlaşdırılır.
İzmedia.az
![]()

